Fransa, İspaniya və Portuqaliyada elektrik enerjisinin kəsildiyi, 3 ölkədə böyük xaos yaşandığı öyrənildi. Metro xidmətlərinin dayandığı, işıqforların söndüyü şəhərlərdə problemin mənbəyi araşdırılır.
İspaniyanın milli dəmir yolu şirkəti Renfe, yerli vaxtla saat 12:30-da ölkənin bütün milli elektrik şəbəkəsinin kəsildiyini bildirib. Şirkət qatarların bütün stansiyalarda dayandığını və yola salınmadığını açıqlayıb.
İspaniyanın elektrik şəbəkəsi operatoru Red Electrica da ölkə daxilində elektrik enerjisinin kəsilməsini təsdiqləyib. Şirkət elektrik enerjisinin verilişinin bərpası üçün səylərin göstərildiyini və fasilələrin səbəblərinin araşdırıldığını açıqlayıb.
3 ölkəyə təsir etdi
İspaniya kimi Portuqaliya və Fransa da elektrik enerjisinin kəsilməsi ilə üzləşir. Fransanın Andorra və İspaniya ilə həmsərhəd bölgələrindəki vətəndaşlar da elektrik kəsilməsindən təsirləndiklərini bildiriblər. Son məlumata görə, Belçikaya qədər daha çox fasilələr qeydə alınıb.
Yerli xəbərlərə görə, İspaniyanın paytaxtı Madriddə elektrik enerjisinin kəsilməsi səbəbindən şəhərin tramvay sistemi bağlanıb, işıqforlar işləmədiyi halda, tıxac yaranıb.
Kiberhücum ehtimalı
Portuqaliya naziri Manuel Kastro Almeyda elektrik kəsilməsinin kiberhücum nəticəsində ola biləcəyinə diqqət çəkib və bütün ehtimalların qiymətləndirildiyini açıqlayıb.
BBC-nin məlumatına görə, Madriddə keçirilən "Madrid Open" tennis turniri də elektrik enerjisinin kəsilməsi səbəbindən dayandırılıb.
Politico-nun məlumatına görə, İspaniya hakimiyyəti insidenti idarə etmək üçün böhran komitəsi yaradıb və kiberhücum ehtimalı istisna edilməyib.