USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan nefti ucuzlaşıb

29.04.2025 İqtisadiyyat
0 0
İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,34 ABŞ dolları və ya 1,95% azalaraq, 67,21 dollar/barel təşkil edib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,35 dollar və ya 2,02% ucuzlaşaraq 65,47 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,35 dollar və ya 2,52% azalaraq, 52,24 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,82 dollar və ya 2,7% azalaraq 65,68 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.