USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

KOS subyektləri üzrə kredit standartlarında yumşalma müşahidə edilib - AMB

21.05.2025 İqtisadiyyat
0 0
Bu ilin I rübü üzrə sorğu nəticələrinə əsasən, mikro və iri sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə standartlarda dəyişiklik olmasa da, kiçik və orta sahibkarlıq (KOS) subyektləri üzrə kredit standartlarında yumşalma müşahidə edilib.

Bu barədə Kommersant.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bildirilib ki, banklar növbəti rübdə ümumi biznes kreditləri, o cümlədən, KOS subyektləri üzrə kredit standartlarında dəyişiklik olmayacağı, mikrosahibkarlıq subyektləri üzrə isə standartlarda yumşalma olacağı qənaətindədirlər:

“Banklar biznes kreditləri üzrə standartlarda müşahidə olunan dəyişikliklərin, əsasən, yuxarı riskli kreditlərə tətbiq olunan marja, kovenantlar və kreditlərin maya dəyərinin artımı formasında olduğunu qeyd ediblər.

Sorğuda iştirak edən bankların cavablarına əsasən, 2025-cü ilin I rübündə biznes kreditləri üzrə tələbdə dəyişiklik müşahidə edilməyib”.

“Banklardan gələn məlumatlara əsasən, cari ilin ilk rübündə qeyri-iş günlərinin sayının çox olması səbəbindən biznes kreditlərinə tələbdə nəzərəçarpan dəyişiklik qeydə alınmayıb. Banklar növbəti rübdə ümumi biznes kreditləri, o cümlədən MKOS subyektləri üzrə kredit tələbində artım olacağını gözləyirlər. Sorğu nəticələrinə əsasən, 2025-cü ilin I rübündə biznes kreditləri üzrə ümumi iqtisadi gözləntilər və maliyyələşmə dəyəri standartlara sərtləşdirici təsir edən amillər kimi qiymətləndirilsə də, banklar tərəfindən standartların sərtləşdirilməsi müşahidə edilməmişdir”, - məlumatda qeyd olunub.