USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft qiymətləri narahatlıqlar səbəbindən aşağı düşür

27.05.2025 İqtisadiyyat
0 0
OPEC+-ın təklifi artıracağı ilə bağlı narahatlıqlar neft qiymətlərini aşağı salır.

Neft qiymətləri OPEC+-ın bu həftə keçiriləcək iclasında hasilatı artırmağa qərar verəcəyi ilə bağlı gözləntilərin artması ilə azalıb.

ICE birjasında Brent markalı neft 0,43 faiz azalaraq 64,46 dollar/barelə satılır. ABŞ-ın Qərbi Texas nefti 0,57 faiz ucuzlaşaraq 61,17 dollar olub.

Analitiklər Brent markalı neftin dəstək səviyyəsi olaraq 64,04 dollara işarə edirlər. Bu səviyyə qırılarsa, 63,71$-a kimi ucuzlaşma mümkündür. Yuxarıda 65,33 dollarda müqavimət müşahidə olunur.

ANZ-nin baş əmtəə strateqi Daniel Hynes qeyd edib ki, "Bazar OPEK-in tədarükünün artırılması perspektivini nəzərə aldıqda xam neft geriləyib".

Rusiya baş nazirinin müavini Aleksandr Novak P açıqlamasında bildirib ki, OPEC+ hasilatın artırılmasını hələ müzakirə etməyib. Qrupun hasilat kvotalarını mayın 28-də nazirlərin görüşündə yekunlaşdıracağı gözlənilir.