ABŞ-ın çip istehsalçısı Nvidia-nın maliyyə nəticələrinin gözləntiləri aşmasından və ABŞ ticarət məhkəməsinin qarşılıqlı əsaslı tarifləri etibarsız sayan qərarından sonra Asiya birjaları müsbət notdadır.
İnvestorların diqqətləri ABŞ-ın bu gün açıqlanacaq artım rəqəmlərinə yönəldilsə də, Elon Maskın Tramp administrasiyasındakı vəzifəsini tərk etmək qərarı da bazarlara təsir edib.
ABŞ Beynəlxalq Ticarət Məhkəməsi prezident Donald Trampın digər ölkələrə tətbiq etdiyi tariflərdə qanuni səlahiyyətlərini aşdığına və bu tariflərin tətbiqinin qarşısını almağa qərar verib.
Qərarda bildirilirdi ki, qarşılıqlılığa əsaslanan tariflər gömrük rüsumları vasitəsilə idxalı tənzimləmək üçün Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı (IEEPA) ilə prezidentə verilən səlahiyyətləri aşır.
Mask məsləhətçi vəzifəsini Trampa buraxdığını açıqlayıb.
Mask X platformasındakı yazısında bu ifadələrdən istifadə edib: “Xüsusi dövlət məmuru kimi planlaşdırdığım müddətim sona çatdığı üçün mənə israfçılığı azaltmaq imkanı verdiyi üçün prezident Donald Trampa təşəkkür etmək istərdim”.