USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan neftinin Çexiyada saxlanılmasına başlanılacaq

03.06.2025 İqtisadiyyat
0 0
Çexiya üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsidir.

Bu barədə Bakıda keçirilən sayca 30-cu Yubiley “Baku Energy Forum”da çıxış edərkən Çex Respublikasının Milli Təhlükəsizlik üzrə Məsləhətçisi Tomas Pojar bildirib.

“Bu sahədə əməkdaşlığın gücləndirilməsində maraqlıyıq “, – Tomas Pojar qeyd edib.

Onun sözlərinə görə, ənənəvi enerji daşıyıcıları hələ uzun illər ölkələrə xidmət edəcək, lakin bərpa olunan enerji sahəsi ilə bağlı bir çox istiqamətdə çox işlər görmək lazımdır.

Tomas Pojar əlavə edib ki, Çexiya Azərbaycan neftinin ikinci ən böyük alıcısıdır: “Bundan əlavə, iki həftədən sonra Azərbaycan neftinin Çexiyanın rezervuarlarında saxlanılmasına başlanılacaq”.