“Binnofarm Qrupp” MMC-nin Azərbaycandakı nümayəndəliyi ləğv edilir.
Kommersant.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.
Qeyd olunub ki, kreditorlar iki ay ərzində tələblərini AZ1009 Bakı şəhəri, Nəsimi rayonu, Ə. Hüseynzadə küçəsi, ev 71, mənzil 12A ünvanına bildirə bilərlər.
Sözügedən şirkət 2022-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin Azərbaycandakı nümayəndəliyinin qanuni təmsilçisi Məhərrəmova Təranə Akif qızıdır.
Qeyd edək ki, “Binnofarm Qrupp” Rusiyanın ən iri əczaçılıq şirkətlərindən biridir. Şirkət Rusiya ərazisindəki müxtəlif bölgələrdə yerləşən istehsalat müəssisələrində antibiotiklər, kardioloji dərmanlar, endokrinologiya, nevrologiya və digər sahələrə aid dərmanlar istehsal edir. Şirkətin məhsulları Azərbaycan, Qazaxıstan, Belarus, Moldova və Özbəkistan kimi 13 ölkəyə ixrac edilir.