USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

50 milyon dollarlıq borc böhranı

12.06.2025 İqtisadiyyat
0 0
Karadeniz Holdinq debitor borcunu ala bilmədiyi üçün Sierra Leonenin paytaxtı Fritaun şəhərinin elektrik enerjisini kəsəcək.

Üzən elektrik stansiyaları ilə bir çox fərqli ölkəyə əhəmiyyətli elektrik xidmətləri göstərən Karadeniz Holdinq, 50 milyon dollarlıq borcunu ala bilmədiyi səbəbiylə Qərbi Afrika ölkəsi Sierra Leoneyə elektrik enerjisi verilməsini dayandıracaq. İyunun 12-dən etibarən ödənilməmiş elektrik ödənişlərinə görə paytaxt Fritaunun elektrik enerjisini kəsəcək.

Enerji yalnız xəstəxanalar və təcili yardım xidmətləri üçün təmin ediləcək
Patrons World-də yer alan xəbərə görə, edilən açıqlamada Karpowership-dən yalnız xəstəxanalar və təcili xidmətlər üçün 6 meqavat enerji təmin ediləcəyi bildirilib.

Hökumətin bəyanatı: Danışıqlar nəticəsiz qalıb
Sierra Leone Hökumətinin sözçüsü Kandeh Yumkella verdiyi açıqlamada kəsilmə bildirişi aldıqlarını və şirkətlə danışıqların nəticəsiz qaldığını təsdiqləyib. Hökumət kəsilmənin təsirlərini azaltmaq üçün tədbirlər gördüyünü açıqladı.

Fritaun meri Yvonne Aki-Sawyerr xəbərdarlıq edib ki, kəsilmələr şəhərdəki ailələrə və bizneslərə ciddi mənfi təsir göstərəcək.