USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsrailin İrana hücumundan sonra dollara tələbat artıb: Dollar bahalaşıb

13.06.2025 İqtisadiyyat
0 0
İsrailin İranın nüvə obyektlərinə hücumundan və yüksək rütbəli komandirlərin ölümündən sonra geosiyasi risklər artıb. İnvestorların təhlükəsiz limanlara üz tutması ilə dollar indeksi yüksəldi. Türk lirəsi dollar qarşısında ucuzlaşsa da, inkişaf etməkdə olan ölkələrin valyutaları təzyiq altında qaldı.

İsrailin İranın nüvə proqramı obyektlərinə hücumundan və Yaxın Şərqdə gərginliyin artmasından sonra investorlar təhlükəsiz sığınacaqlara axışıb.

Hücum nəticəsində İranın Baş Qərargah rəisi Məhəmməd Baqeri və İnqilab Keşikçiləri Komandiri Hüseyn Səlami həlak olub. İrandan verilən ilk açıqlamada İsrail və ABŞ-ın ağır bədəl ödəyəcəyi bildirilib. ABŞ hücumlardan xəbərsiz olduğunu bildirib.

Baş verən hadisələrdən sonra bəzi investorlar etibarlı sığınacaq olaraq görülən dollar və İsveç frankına üz tutdu.

Dollara tələbat artıb
İsrailin İrana hücumundan sonra dollara tələbat artıb, qızıl və İsveçrə frankı kimi təhlükəsiz aktivlər də dəyər qazanıb.

Əksər inkişaf etməkdə olan bazar valyutaları ucuzlaşır.

  • Əvvəlki

    Netanyahu hücumdan sonra ictimaiyyətə xəbərdarlıq etdi: Qida ehtiyatı toplayın, sığınacaqlarda qalacağıq

Digər xəbərlər

17.07.2025 İqtisadiyyat
Bəzi ərazilərdə işıq olmayacaq
0 0
17.07.2025 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
0 0