USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft Fondunun xalis mənfəəti 245 milyon manat azalıb

21.07.2025 İqtisadiyyat
0 0
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ötən il 7,858 milyard manat xalis mənfəət əldə edib.

Kommersant.az bu barədə ARDNF-dən məlumat əldə edib.

Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 245 milyon manat və ya 3% azdır. Fond 2023-cü ili 8,103 xalis mənfəət başa vurmuşdu.

Bununla yanaşı, ötən il ARDNF-in istiqraz gəlirləri 680,169 milyon manat, səhmlər üzrə gəlirləri 3,213 milyard manat, törəmə maliyyə alətləri üzrə zərəri 6,347 milyon manat, qızıl külçə investisiyaları üzrə gəlirləri 3,386 milyard manat, özəl səhm fondları üzrə gəlirləri 377,839 milyon manat, daşınmaz əmlak fondları üzrə gəlirləri 32,29 milyon manat, investisiya mülkiyyəti üzrə gəlirləri 84,95 milyon manat, amortizasiya olunmuş dəyərlə ölçülən maliyyə alətləri üzrə məzənnə fərqindən yaranan zərəri 108,047 milyon manat, effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faiz gəlirləri 218,351 milyon manat, sair gəlirləri 38,735 milyon manat, əməliyyat xərcləri 79,102 milyon manat təşkil edib.