USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitkoin bahalaşmağa başlayıb

03.08.2018 İqtisadiyyat
0 0
Dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti kəskin enişdən sonra sonra qismən bahalaşmağa başlayıb.

"Kommersant.az"ın Trend-ə istinadən məlumatına görə, 7,6 min dollar ətrafında alınıb-satılır.
"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 1,71% azalaraq 7,692 min dollar təşkil edib.

Alternativ kriptovalyutalar da bahalaşıb. Belə ki, "Ethereum" 0,44% və ya 422,02 dollaradək, "Ripple" 2,8% (0,443 dollara qədər), "Bitcoin Cash" isə 1,14% (764,11 dollaradək) bahalaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 269,03 milyard dollar təşkil edir və bunun 48,17% faizi bitkoinin payına düşür.