USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Atəşgah Həyat”ın rəhbərliyinə təyinat olub

21.10.2025 İqtisadiyyat
0 0
“Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin idarəetmə strukturu ilə bağlı yeni kadr dəyişikliyi baş verib.

Kommersant.az xəbər verir ki, qərara əsasən, Könül Elman qızı İsgəndərova şirkətin Direktorlar Şurasının yeni üzvü kimi təsdiqlənib.

Sığorta sahəsində 15 ildən artıq peşəkar təcrübəyə malik Könül İsgəndərova, bu təyinatadək “Atəşgah” Sığorta Şirkəti ASC-də Biznesin inkişafı üzrə direktor vəzifəsində çalışmışdır.

Bununla da “Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının üzvlərinin sayı sədrlə birlikdə üçə yüksəlib.

  • Əvvəlki

    Avqustda Ramiz Mehdiyevlə bağlı kompleks əməliyyat-texniki tədbirlər həyata keçirilib

Digər xəbərlər

21.10.2025 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
0 0
20.10.2025 İqtisadiyyat
Societe Generale-nin dollar proqnozu
0 0