Beynəlxalq bazarlarda Brent markalı xam neftin bir bareli 64,91 dollara satılır.
Dünən bareli 65,73 dollara yüksələn Brent markalı xam neftin qiyməti günü 65,25 dollarla bağladı.
Brent markalı xam neft bu gün saat 10:04-ə olan məlumata görə, 0,52 faiz azalaraq bareli 64,91 dollara düşüb. Eyni zamanda, West Texas Intermediate markalı xam neftin qiyməti bareli 61,21 dollara satılıb.
ABŞ-ın Rusiyanın ən böyük iki neft şirkəti olan Rosneft və Lukoil-i və onların törəmə şirkətlərini sanksiya siyahısına əlavə etməsindən və Avropa Birliyinin (AB) Rusiyanın mayeləşdirilmiş təbii qaz (LNG) sektorunu və neft daşıyan "kölgə donanmasını" hədəf alan yeni sanksiyalar paketini təsdiqləməsindən sonra neft qiymətləri dünən təxminən 4,4 faiz artıb.
Ehtiyatlı Gözləmə
Dünənki kəskin artımdan sonra qiymətlər mənfəət əldə etmə, Çin və Hindistanın Rusiyadan alışlarını azaltması xəbərləri və ABŞ-Çin danışıqlarından əvvəl bazarın ehtiyatlı gözləntiləri səbəbindən bir qədər geriləyib.
Beynəlxalq mediada Rusiya neftinin ən böyük alıcıları olan Çin və Hindistandakı neft emalı zavodlarının Rusiyadan idxalı dayandırmağa və ya azaltmağa başladığı barədə xəbərlər tələbat proqnozu və təklifin həddindən artıq olması riski ilə bağlı narahatlıqları artırır və neft qiymətlərinə aşağı təzyiq göstərir.