USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp Binance-ın qurucusunu əfv etdi

24.10.2025 Siyasət
0 0
ABŞ prezidenti Donald Trampın Binance kriptovalyuta birjasının qurucusu Çanpenq Çjaonu əfv etdiyi bildirilir.

Ağ Evin mətbuat katibi Karolin Livitt verdiyi açıqlamada bildirib ki, Prezident Tramp ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası tərəfindən təqib edilən Zhaonu əfv etmək üçün konstitusiya səlahiyyətindən istifadə edib.

Livitt izah edib ki, Bayden administrasiyası kriptovalyuta sənayesini cəzalandırmaq istəyi ilə fırıldaqçılıq ittihamlarının və ya müəyyən edilə bilən qurbanların olmamasına baxmayaraq Zhaonu təqib edib. O, sözünə davam edib:

"Bayden administrasiyası Zhaonu üç il həbs cəzasına məhkum etməyə cəhd edib, bu vəziyyət o qədər hökm çıxarma qaydalarından kənardır ki, hətta hakim belə 30 illik karyerasında belə bir şey görmədiyini bildirib. Bayden administrasiyasının bu hərəkətləri ABŞ-ın texnologiya və innovasiya sahəsində qlobal lider kimi nüfuzuna ciddi ziyan vurub. Bayden administrasiyasının kriptovalyutaya qarşı müharibəsi başa çatıb".

2023-cü ilin noyabr ayında ABŞ hökuməti dünyanın ən böyük kriptovalyuta birjası olan Binance-in çirkli pulların yuyulmasına qarşı mübarizə və sanksiya qanunlarını pozduğuna görə ümumilikdə 4,3 milyard dollar cərimə ödəyəcəyini açıqlayıb.

Zhao ABŞ hökuməti ilə razılaşmanın bir hissəsi olaraq istefa verməyə və 50 milyon dollar cərimə ödəməyə razı olub.