USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

10 ayda dövlət büdcəsindən 280 milyon geri qaytarılıb

17.11.2025 İqtisadiyyat
0 0
2025-ci ilin yanvar–oktyabr aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 279 milyon 913,4 min manat məbləğində vəsait geri qaytarılıb.

Bu barədə Kommersant.az-a Maliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, geri qaytarılan vəsaitlər əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərində ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.

Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da vətəndaşlara geri qaytarılıb.