USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı aeroportu növbəti dəfə nağd pul yığımları ilə gündəmə gəlib - FOTO

12.12.2025 İqtisadiyyat
0 0
Heydər Əliyev Beynəlxalq Aeroportuna daxil olan avtomobillərdən ən azı 1 manatdan topladığı hər kəsə məlumdur. Bu belə gəlib çox güman ki, belə də gedəcək. Adətən digər ölkələrin beynəlxalq hava limanlarında qısa bir vaxt ərzində sərnişin düşürən avtomobillərdən ödəniş tələb olunmur. Məsələyə Azərbaycansayağı yanaşsaq, deyə bilərik ki, bu kimi təcrübələr bizim ölkəmizdən uzaqdır. Əslində belə bir tələbimiz də yoxdur. Sürücülərin azı 1 manat ödəməklə aeroport ərazisində 2 saata yaxın parklanma etmək hüququ var. Amma ödənişin necə olunacağı sual altındadır.

Kommersant.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda parklanma üçün aeroport ərazisinə daxil olan avtomobillərin nağdsız ödəniş sıxıntıları bitmir. Parklanma üçün ödəniş terminalına yaxınlaşan sürücülər qeyri-nağd ödəniş edə bilmir və buna görə də ancaq nağdsız ödəniş etməyə məcbur qalır.

Bundan əvvəlki yazıda hava limanında nağdsız ödəyən sürücülərin şlaqbaundan xüsusi icazə ilə buraxıldığı barədə yazmışdıq. Təbii olaraq bu məsələ də öz həllini tapmışdı. Sonradan limanın vəzifəli şəxsləri daha bir "çıxış yolu" taparaq kartla ödənişlərdə sürücüləri 2 dəqiqəyə yaxın terminal qarşısında gözlətməyi məqbul hesab edib. Yəni, sürücü kartla ödəniş etmək istəsə, ekranda "2 dəqiqə gözləyin" deyərək vaxt sayılmağa başlayır. Təbii olaraq soyuq havada da heç kim 2 dəqiqəsini boşa verməmək üçün nağd ödəniş edərək aeroport ərazisini tərk edir.

Hava limanının qeyri-nağd ödənişlərdən qaçaraq niyə ancaq nağd ödəniş tələb etməsi müəyyən şübhələr doğurur.

Xatırladaq ki, bu kimi ucuz ödəniş problemləri AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun vaxtında yaşanmayıb. Samir Rzayevin təyinatından dərhal sonra parklanma üçün istifadə olunan plastik kartlar ləğv edilərək yeni sistemə keçilib.

Qeyd edək ki, fotolar 27.11.2025-ci il tarixinə aiddir.

  • Əvvəlki

    Daha bir ödəniş şirkətinin fəaliyyəti müvəqqəti dayandırılır - Səbəb açıqlandı

Digər xəbərlər

11.12.2025 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
0 0
11.12.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0