USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın xarici ticarət dövriyyəsi 3%-dən çox artıb

16.12.2025 İqtisadiyyat
0 0
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44,589 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Kommersant.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 1,480 milyard dollar və ya 3,4% çoxdur.

Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın, 21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 937 milyon dolar və ya 3,8% azalıb, idxal isə 2,416 milyard dollar və ya 12,9% artıb.

Yekunda xarici ticarətdə 2,213 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5 dəfə azdır.

  • Əvvəlki

    Milli Məclisin növbəti plenar iclası keçirilir

Digər xəbərlər