USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank iki kredit ittifaqına məcburi göstəriş verib

16.12.2025 İqtisadiyyat
0 0
Azərbaycan Mərkəzi Bankı (AMB) “Hacıoğlu Kredit İttifaqı” və “Yeni Daşkənd Kredit İttifaqı”na məcburi göstəriş verib.

Bu barədə Kommersant.az AMB-yə istinadən xəbər verir.

“Hacıoğlu Kredit İttifaqı” MMC və “Yeni Daşkənd Kredit İttifaqı” MMC-ləri tərəfindən 2025-ci ilin III rübü üzrə hesabatların “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbləri pozularaq, gecikmə ilə təqdim edilməsinə görə “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən sözügedən kredit ittifaqlarına bu hesabatların qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi olan göstəriş verilmişdir”, - məlumatda qeyd edilib.

  • Əvvəlki

    Prezident Ərdoğan: Türk Dünyası Vizyon Sənədi növbəti əsrin qurulmasında mühüm bir bələdçidir

Digər xəbərlər