USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının bəzi ərazilərində qaz olmayacaq

17.12.2025 İqtisadiyyat
0 0
Bakının Yasamal rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Kommersant.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, bu gün saat 10:00-dan etibarən Yasamal rayonunun M.Şərifzadə, A.Abbasov, X.Mustafayev, H.Zərdabi, X.Dadaşov, V.Əliyev, Z.Kərimov, N.Hikmət və 7, 8 və 9-cu Sallaqxana küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.