USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitkoinin son qiyməti

07.08.2018 İqtisadiyyat
0 0
Dünyada ən populyar kriptovalyuta olan bitkoinin 7,1 min dollar ətrafında alınıb satılır.

"Kommersant.az"-ın Trend-ə istinadən məlumatına görə, bitkoin bir həftə hərzində min dollara yaxın, və ya 8,18 faiz dəyər itirib.
Son sutka ərzində isə, bitkoin bir qədər bahalaşıb.
"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 1,56% artaraq 7,118 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti müxtəli istiqamətlərdə dəyişib. Belə ki, "Ethereum" 1,29% və ya 412,25 dollaradək bahalaşıb, "Ripple" 0,07% (0,43 dollara qədər) ucuzlaşıb, "Bitcoin Cash" isə 2,2% (711,35,28 dollaradək) bahalaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 258 milyard dollar təşkil edir və bunun 47,4% faizi bitkoinin payına düşür.

  • Əvvəlki

    Bakı çimərliklərində batmaqda olan 3 nəfər xilas edilib

Digər xəbərlər