USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mehdiabaddan “28 May”a tramvay işləyəcək - RƏSMİ

28.01.2026 İqtisadiyyat
0 0
Tramvay xəttinin bərpası ilə əlaqədar işlər görülüb.

Kommersant.az xəbər verir ki, bu fikirləri AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev bu gün “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada çıxış edərkən deyib.

Onun sözlərinə görə, artıq Mehdiabad qəsəbəsindən metronun “28 May” stansiyasına tramvayın tətbiqi ilə bağlı ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırdır, layihələndirmə üzrə işlər həyata keçirilir”.

Qurum rəsmisi əlavə edib ki, tramvay xəttinin keçəcəyini nəzərə alaraq, marşrut üzrə “Sea Breeze” daxilində yolun en kəsiyinin forması da razılaşdırılıb.