2025-ci ilin sonuna olan vəziyyətə görə, manatın dövretmə sürəti 3,20 bənd təşkil edib.
Kommersant.az bu barədə Azərbaycanın Mərkəzi Bankına (AMB) istinadən məlumat verir.
Məlumata görə, bu göstərici 1 dekabr 2025-ci illə müqayisədə 0,18 bənd və ya 5,3%, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 0,25 bənd və ya 7,2% azdır.
Beləliklə, 2025-ci ilin dekabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanın milli valyutası olan manatın dövretmə sürəti 3,38 bənd təşkil edib, 2024-cü ilə olan vəziyyətə görə isə 3,45 bənd olub.
Qeyd edək ki, 31 dekabr 2025-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrinin sayı 87, bankomatların sayı isə 3 486 təşkil edib.
Hesabat ayında bank sektorunda çalışanların sayı 1,4% və ya 369 nəfər artaraq 27,389 nəfərə çatıb. İlin əvvəli ilə müqayisədə artım 8% və ya 2,026 nəfər olub.
2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 57,086 milyard manat təşkil edib.
Məlumata əsasən, hesabat dövründə bankların məcmu öhdəlikləri 49,744 milyard manat, balans kapitalı isə 7,343 milyard manat olub.