USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitkoin ucuzlaşmaqda davam edir

09.08.2018 İqtisadiyyat
0 0
Dünyada ən populyar kriptovalyuta olan bitkoin ucuzlaşmaqda davam edir.

"Kommersant.az"ın Trend-ə istinadən məlumatına görə, bitkoinin qiyməti bu gün 6,4 min dollar həddindən aşağı düşüb.
"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 2,43% azalaraq 6,386 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, "Ethereum" 2,57% və ya 364,24 dollaradək ucuzlaşıb, "Ripple" 1,93% (0,3595 dollara qədər) bahalaşıb, "Bitcoin Cash" isə 4,2% (599,88 dollaradək) ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 226,36 milyard dollar təşkil edir və bunun 48,5% faizi bitkoinin payına düşür.

  • Əvvəlki

    Atlantik okeanda 5,6 bal gücündə zəlzələ olub

Digər xəbərlər