Trumpın qərarları DTT-ni çökdürür

13.08.2018 İqtisadiyyat
Dünya Ticarət Təşkilatı qərarsızdır.

"Kommersant.az" xəbər verir ki, Amerika mətbuatı Trumpın gömrük vergiləri ilə bağlı verdiyi qərarların Dünya Ticarət Təşkilatını (DTT) çöküşə apardığı ilə bağlı məlumat yayıb.

Belə ki, Trumpın gömrük rüsumlarını artırması ölkə müttəfiqlərini, siyasətçiləri və biznesmenləri narahat etdiyi kimi, DTT-nin də böhrana sürüklənməsinə səbəb olur.

DTT isə bu vəziyyətdə hansı addımı atacağını bilmir. Əgər təşkilat digər üzvlərin haqqının qorunması məqsədi ilə ABŞ-a qarşı qərar alarsa, ABŞ DTT-ni tərk edə bilər. Əksini edib ABŞ-a dəstək olarsa, özünün beynəlxalq arenadakı güvənini sarsıda bilər.