USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Moody`s Azərbaycana xəbərdarlığını etdi - "Məhdud nailiyyət əldə edilib"

13.08.2018 İqtisadiyyat
0 0
Neftin bahalaşması və qaz ixracının artması 2018-2019-cu illərdə Azərbaycanda ÜDM-in artım templərini sürətləndirəcək. Bunu “Moody`s Investors Service” beynəlxalq reytinq agentliyi qeyd edir.

"Kommersant.az" xəbər veri ki, Bazar ertəsi “Moody`s” Azərbaycana həsr olunan illik kredit təhlilini dərc edib ("Government of Azerbaijan - Ba2 stable").

“2018-ci ilin yanvar-may aylarında Azərbaycanda ÜDM-in artımı 2017-ci ildə 0,1%-dən sonra 1,6%-dək sürətlənib. Gözləntilərimizə əsasən, 2018-ci ildə iqtisadi artım 2%, 2019-cu ildə 3% təşkil edəcək. Neftinbahalaşması və qaz ixracının artması buna zəmin yaradacaq”, - təhlildə qeyd olunur.

“Moody`s”in analitikləri hesab edirlər ki, 2018-2019-cu ilin göstəriciləri Azərbaycan hökumətinə 2014-2016-cı illərdə dünya bazarlarında “neftin ucuzlaşması nəticəsində itirilən bəzi maliyyə buferlərini” bərpa etməyə imkan yaradacaq.

Agentliyin qiymətləndirmələrinə görə, Azərbaycanın kredit profili (Ba2 sabit) nisbətən yüksək ümumi dövlət borcunun və zəmanətlərinin həcmini, həmçinin kövrək bank sektorunu əks etdirir. “Bu xüsusiyyəltər 2014-2016-cı illərdə neftin və manatın məzənnəsinin kəskin ucuzlaşmasının nəticəsidir”, - agentlik qeyd edir.

Eyni zamanda, “Moody`s” həmçinin qeyd edib ki, ölkənin böyük maliyyə aktivləri kredit portfelinə əhəmiyyətli dəstək yaradır.

Bildirilir ki, iqtisadiyyatın şaxələndirilməsi üçün imkanlar məhduddur. Turizm, nəqliyyat və logistika sahələri istisna təşkil edir. Həmin sahələrdə agentlik inkişaf üçün mühüm potensial görür.

Qiymətləndirmələrə əsasən, əvvlki kimi, Azərbaycan iqtisadiyyatı karbohidrogen sektorunda kəskin dəyişikliklərə məruz qalır. “İqtisadiyyatin təkrar istiqamətləndirilməsi və şaxələndirilməsi məhdud nailiyyət əldə edib”, - agentlik vurğulayıb.

Təhlildə qeyd olunur ki, maliyyə sektorunda tənzimləyici bank sektorunda prudensial siyasəti sərtləşdirib və gələcəkdə bank sektorunda sabitliyi təmin edəcək bir sıra tədbirlər həyata keçirib.

  • Əvvəlki

    Lirə 7%-ə yaxın ucuzlaşdı - YENİ QİYMƏT

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0