USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitkoin 6 min dollaradək ucuzlaşıb

15.08.2018 İqtisadiyyat
0 0
Dünyada ən populyar kriptovalyuta olan bitkoin ucuzlaşıb.

"Kommersant.az"ın Trend-ə istinadən məlumatına görə, bitkoin bu gün 6 min dollar həddinədək enib.
"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 6,35% azalaraq 6,013 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti də kəskin ucuzlaşıb. Belə ki, "Ethereum" 17,08% və ya 264,74 dollaradək, "Ripple" 13,37% (0,2637 dollara qədər) ucuzlaşıb, "Bitcoin Cash" isə 14,65 (493,99 dollaradək) ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 191,94 milyard dollar təşkil edir və bunun 53,9% faizi bitkoinin payına düşür.

  • Əvvəlki

    Gənclər sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadə edir

Digər xəbərlər