USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Vaşinqton kirli paltarlarını dəyişir" - RUSİYA

16.08.2018 İqtisadiyyat
0 0
Rusiya şirkətindən ABŞ-a etiraz.

"Kommersant.az" xəbər verir ki, Rusiyanın "Profinet" şirkətinin rəhbəri Vasiliy Kolçanov ABŞ-ın sanksiyalarını Vaşinqtonun "kirli paltarlarını dəyişməsi" kimi dəyərləndirib.

Sözügedən şirkət ötənlərdə KXDR ilə əlaqələrinin olması səbəbilə ABŞ-ın sanksiyalarına məruz qalmışdı. Şirkət sanksiyalara etirazını bildirsə də, iddiaya məhəl qoyan olmayıb.

Belə ki, "Profinet" MMC KXDR-ə son tankerin iyul ayında çıxdığını, sanksiyaların isə sentyabr ayından tətbiq ediləcəyini əsas gətirərək şirkətə haqsızlıq edildiyini söyləyib. Şirkət sanksiyalara görə əməkdaşlıqlarının təhlükə altında olduğunu, şirkətlərin amerikanlardan qorxaraq birgə fəaliyyətdən çəkinəcəklərini bildirib.