USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitkoin bahalaşır

21.08.2018 İqtisadiyyat
0 0
Dünyada ən populyar kriptovalyuta olan bitkoin bahalaşıb.

"Kommersant.az"ın Trend-ə istinadən məlumatına görə, bitkoin 6,4 min dollar ətrafında alınıb satılır.
"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 1,34% artaraq 6,485 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti də bahalaşıb. Belə ki, "Ethereum" 1,67% və ya 300,02 dollaradək, "Ripple" 4,2% (0,342 dollara qədər), "Bitcoin Cash" isə 2,32% (565,47 dollaradək) bahalaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 211,41 milyard dollar təşkil edir və bunun 52,7% faizi bitkoinin payına düşür.