USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu il Lənkəran Dövlət Universitetinə 1036 tələbə qəbul olunub

26.08.2018 İqtisadiyyat
0 0
2018-2019-cu tədris ili üçün Lənkəran Dövlət Universitetinin (LDU) bakalavr səviyyəsinin birinci kursuna qəbul olunmuş abituriyentlərin avqustun 16-dan başlanan sənəd qəbulu davam edir.

"Kommersant.az"ın bildirdiyinə görə, AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, LDU-ya qəbul olunmuş tələbələrin qeydiyyatına universitetdə fəaliyyət göstərən fakültələrin dekanlarından və əməkdaşlarından ibarət işçi qrupu nəzarət edir. Tələbələrin qeydiyyatı zamanı növbəlilik prinsipinin, qayda-qanunun və nizam-intizamın qorunması diqqət mərkəzində saxlanılır.
LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov tələbə və valideynlərlə görüşərək qeydiyyat prosesinin gedişi ilə tanış olub, ölkəmizin müxtəlif şəhər və rayonlarından, paytaxt Bakıdan gəlmiş tələbələrə ali təhsil üçün məhz LDU–nu seçmələrində heç də yanılmadıqlarını, burada tam şəffaf və obyektiv təhsil mühitinin yaradıldığını, təlim-tədris və təcrübə bazasının daim yeniləndiyini, yüksək ixtisaslı pedaqoji kadrların tədris prosesinə cəlb edildiyini bildirib.
Ali təhsil ocağına qəbul olunmuş tələbələrin qeydiyyatının aparılması üçün yaradılmış komissiyanın verdiyi məlumata görə, bu il LDU-nun əyani və qiyabi şöbələrinə 26 ixtisas üzrə 1036 tələbə qəbul olunub.
Universitet rəhbərliyi tərəfindən aztəminatlı ailələrə ödənişli ixtisaslara qəbul edilən tələbələrə illik ödəniş haqqının birdəfəlik deyil, təhsil ili müddətində mərhələli şəkildə ödəmək imkanı da yaradılıb.
Tələbələrin qeydiyyatı şənbə və bazar günləri də daxil olmaqla, avqustun 28-nə kimi davam edəcək.

  • Əvvəlki

    İranın iqtisadiyyat və maliyyə naziri istefaya göndərilib

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0