USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft Fondu vəsaitlərinin idarə edilməsi üçün 2 xarici menecer cəlb edib

27.08.2018 İqtisadiyyat
0 0
Xarici menecerlər tərəfindən idarə olunan vəsaitlər 2017-ci ilin dekabr ayının nəticələrinə əsasən investisiya portfelinin 11,4%-i xarici menecerlər tərəfindən idarə edilir.

Kommersant.az” Fondun illik hesabatına istinadən xəbər verir ki, ARDNF-nin vəsaitlərinin idarə olunmasında xarici menecerlərin xidmətlərindən istifadə edilməsi onların müvafiq sahələrdəki bilik və bacarıqlarından faydalanmaq, eləcə də qabaqcıl dünya təcrübəsinin daxili idarəetmədə olan portfelə tətbiqi nöqteyi-nəzərindən ciddi əhəmiyyət kəsb edir.

ARDNF-nin vəsaitlərinin bir hissəsi aşağıda qeyd edilən xarici menecerlər tərəfindən idarə olunur:
Sabit gəlirli qiymətli kağızlar üzrə:

-Dünya Bankı – ARDNF-nin aktivlərinin 228 milyon ABŞ dollarını (ARDNF-nin aktivlərinin 0,6%-ni) idarə edir.

- “Deutsche Bank Advisors” – ARDNF-nin aktivlərinin 104 milyon ABŞ dollarını (ARDNF-nin aktivlərinin 0,3%-ni) idarə edir.

2017-ci ildə ARDNF investsiya portfelinə daxil olan səhmlərin idarə edilməsinə “Mellon Capital Management” və “BlackRock Investment Management”i cəlb edib.

Səhmlər üzrə:

- “UBS Asset Management” – ARDNF-nin aktivlərinin 1 598 milyon ABŞ dollarını (ARDNF-nin aktivlərinin 4,5%-ni) idarə edir.

- “State Street Global Advisors” (SSgA) – ARDNF-nin aktivlərinin 1 493 milyon ABŞ dollarını (ARDNF-nin aktivlərinin 4,2%- ni) idarə edir.
- “Mellon Capital Management” – ARDNF-nin aktivlərinin 332 milyon ABŞ dollarını (ARDNF-nin aktivlərinin 0,9%-ni) idarə edir.
- “BlackRock Investment Management”– ARDNF-nin aktivlərinin 315 milyon ABŞ dollarını (ARDNF-nin aktivlərinin 0,9%-ni) idarə edir.
Qızıla investisiya
İnvestisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri qızıla investisiya edilə bilər. 2017-ci ilin sonuna ARDNF-nin investisiya portfelinə daxil edilmiş qızılın miqdarı 30 175 kq (970 146 troya unsiyası) təşkil etmişdir. 11 yanvar 2013-cü il tarixindən etibarən alınmış qızılın Azərbaycana gətirilərək müvəqqəti olaraq ARMB-də saxlanılmasına başlanılmışdır və artıq 2016-cı ilin sonuna ölkəyə gətirilmiş qızılın miqdarı 30 169 kq təşkil etmişdir. 2017-ci il ərzində isə qeyd edilən qızılın ARDNF-nin inzibati binasında inşa edilmiş xəzinəyə gətirilməsi başa çatmışdır.


(c) Marja

  • Əvvəlki

    “Unibank” 16 nəfəri məhkəməyə verib

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0