USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kakaoda virus həyəcanı - BÖHRAN YAŞANA BİLƏR

27.08.2018 İqtisadiyyat
0 0
Qlobal kakao istehsalının 60%-ni həyata keçirən Qana və Fil Dişi Sahili, Qərbi Afrikada yalnız kakao ağaclarında görülən və kakao plantasiyalarını məhv edən bir virusa qarşı hərəkət keçiblər. İki ölkə virusla mübarizədə əməkdaşlıq edəcək.

"Kommersant.az" "Euronews"a istinadən xəbər verir ki, şokolad sənayesinin əsas maddəsi olan və "qəhvəyi qızıl" kimi səciyyələndirilən kakaoda rast gəlinən viruslar səbəbilə sadəcə Fil Dişi Sahilində 300 min hektar kakao sahəsinin zərər gördüyü açıqlanıb.

İlk olaraq Fil Dişi Sahilində əkilmiş sahələrin 15%-nə qarşılıq gələn 100 min ha sahədə yerləşən kakao ağaclarının kökündən çıxarılması planlaşdırılır.

Kakao ağacı (theobroma cacao) tropik zonalara xas bir bitki kimi tanınır.

Yalnız rütubətli, nizamlı yağışa malik iqlimlərdə bitən bu bitki, ekvadorun 10 dərəcə şimalı ilə 10 dərəcə cənubu arasındakı dar bir zolaqda məhsul verir.

KAKAO BÖHRANI YAŞANA BİLƏR

Xəstəliklə mübarizə üçün Afrika İnkişaf Bankından 515 milyon avronun üzərində maddi dəstək alan iki ölkənin mübarizəsinin uzun illər davam edəcəyi və sektorda mümkün kakao böhranının yaşanacağı ehtimal edilir.

Sözügedən böhrandan dünyada ən böyük şokolad bazarı olan və bu məhsulların təxminən 20%-ni sərf edən Amerika Birləşmiş Ştatlarının ciddi şəkildə əziyyət çəkməsi gözlənilir.

Braziliyanın şimal-şərqində yayılmağa başlayan bir epidemiya səbəbilə 1991-ci ildə 320 min ton olan istehsalın 2000-də 191 min tona düşmüşdü.


(c) Marja

  • Əvvəlki

    "Bazarstore" yerini "Bravo"ya verdi - AÇIQLAMA

Digər xəbərlər

07.05.2024 İqtisadiyyat
Türkiyənin 'süni intellekt' hesabatı
0 0
06.05.2024 İqtisadiyyat
Google reklam siyasətini yenilədi
0 0