USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Paytaxt havasında tozun miqdarı sanitar normadan altı dəfə çoxdur

30.08.2018 İqtisadiyyat
0 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı operativ iş rejiminə keçərək hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Nazirliyin mətbuat xidmətindən "Kommersant.az"a bildiriblər ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, Bakıda və Abşeron yarımadasında tozun miqdarında saat 19:00-da da artım müşahidə olunub. Belə ki, tozun miqdarı sanitar normanı 6 dəfə ötüb.
Xatırladaq ki, saat 10:00-da bu göstərici 3, 13:00-da 5,4, 16:00-da 5,6 dəfə sanitar normadan yuxarı olub.
Qeyd edək ki, atmosferdə müşahidə olunan toza səbəb Türkmənistandan atmosfer axınları ilə toz dumanının daxil olmasıdır.
Belə hava şəraitinin iki gün davam edəcəyi proqnozlaşdırılır.

  • Əvvəlki

    Azərbaycan vətəndaşlarından əl-barmaq izləri götürüləcək –Yeni şəxsiyyət vəsiqələrinə görə

Digər xəbərlər

21.05.2024 İqtisadiyyat
Lirənin məzənnəsi
0 0
21.05.2024 İqtisadiyyat
Manatın məzənnəsi
0 0
21.05.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
20.05.2024 İqtisadiyyat
Brent markalı neft bahalaşıb
0 0
20.05.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
17.05.2024 İqtisadiyyat
Şengen böhranı böyüyür
0 0