USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda qadınların əl işlərindən ibarət satış sərgisi keçirilib

31.08.2018 İqtisadiyyat
0 0
Bakıda “Əl əməyi, göz nuru” adlı qadınların əl işlərindən ibarət satış sərgisi keçirilib.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə keçirilən tədbirdə əl işləri ilə yanaşı, sahibkar qadınlara məxsus müəssisələrdə istehsal olunan məhsullar da nümayiş olunub. Açılış mərasimində dövlət qurumları, səfirliklər, gənclər və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
AQSİA-nın sədri Səkinə Babayeva qeyd edib ki, sərginin keçirilməsində məqsəd ölkədə fəaliyyət göstərən 100-dən çox qadın sahibkarın fəaliyyətinə dəstək olmaqdır. Prezident İlham Əliyevin sahibkarlığın inkişafına böyük diqqəti və qayğısı sayəsində ölkədə özəl sektor ilbəil inkişaf edir. Birinci vitse-Prezident Mehriban Əliyevanın qadınların cəmiyyətdə rolunun artırılması, hərtərəfli inkişafı istiqamətində fəaliyyətləri bütün sahələrdə olduğu kimi Azərbaycan xanımlarının sahibkarlıqda da öz bacarıqlarını nümayiş etdirməsinə şərait yaradır.
Qeyd olunub ki, milli, mənəvi zənginliyimizi təbliğ edəcək əl işlərinin və müxtəlif istehsal məhsullarının satış sərgisi bir il ərzində “Aqro Mall” ticarət mərkəzində sahibkar xanımların ixtiyarında olacaq.
Mərkəzin direktor müavini Aydın Nəsirov çıxış edərək bu səpgidə həyata keçirilən layihələrlə qadın sahibkarlığının təşviq olunması və dəstəklənməsi istiqamətində fəaliyyətin davam etdiriləcəyini bildirib.
Daha sonra AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Moldova səfirliyinin nümayəndəsi Alla Leuqa, Azərbaycan Turizm Assosiasiyasının icraçı direktoru Ənvər Qurbanov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, sahibkar qadınlara uğurlar arzu ediblər.
AQSİA ilə “Aqro Mall” arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən, bir il müddətində qadınların əl işlərinin burada satış sərgisi təşkil olunacaq.
Sonra xarici turistlərin də iştirakı ilə sərgiyə baxış keçirilib.

  • Əvvəlki

    Paytaxtın pərakəndə ticarət dövriyyəsinin həcmi 3 faiz artıb

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0