USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ay 20-dən çox rayonda əmək yarmarkası keçiriləcək

02.09.2018 İqtisadiyyat
0 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən respublikanın bölgələrində əmək yarmarkalarının təşkili işləri davam etdirilir.

Nazirlikdən "Kommersant.az"a verilən məlumata görə, sentyabr ayı ərzində respublikanın 20-dən çox rayonunda (Goranboy, Qobustan, Cəlilabad, Qusar, Ucar, Lerik, Biləsuvar, Bərdə, Astara, Ağcabədi, Şabran, Zaqatala, Balakən, Salyan, Ağdam, Beyləqan, Ağdaş, Tovuz, Yardımlı və s.) əmək yarmarkalarının keçirilməsi planlaşdırılıb. Yarmarkalarda həmin rayonlar üzrə boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək, onlara seçimlərinə və əmək bacarıqlarına uyğun vakant iş yerlərinə göndərişlər veriləcək.

Həmin tədbirlər zamanı ödənişli ictimai işlərə cəlb olunmaq və əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb edilmək istəyənlər qeydiyyata götürüləcək.
Əmək yarmarkalarında vakant iş yeri təqdim edilən müəssisələrin nümayəndələri də iştirak edəcək.

  • Əvvəlki

    "Azərsu"nun yığılmış zərəri 6 mlrd. manata yaxınlaşıb

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Lirə uçuruma doğru sürətlə irəliləyir
0 0
28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0