USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabah paytaxtın bu hissələrində qaz olmayacaq

03.09.2018 İqtisadiyyat
0 0
Sabah səhərdən paytaxtın bir sıra hissələrinə qaz fasilələrlə veriləcək.

"Azəriqaz" İstehsalat Birliyindən "Kommersant.az"a verilən məlumata görə, "Qaz İxrac" İdarəsinin balansında olan diametri 720 mm-lik "Qaradağ-Digah" magistral qaz kəmərinin 25-27-ci km-lər arası dayaqlardan düşmüş hissəsinin qaldırılması, müvəqqəti halqanın ləğv edilməsi ilə bağlı, 4 sentyabr tarixində saat 10:00-dan etibarən təmir işləri başa çatanadək "Sulutəpə", "Alatava", "Xocasən" Qaz Paylayıcı Stansiyalarından, "Laçın qaçqınları" və "Elit Yatırım" ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.
Zəruri təmir işləri ilə əlaqədar, Nəsimi rayonu Tibilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, Nizami,H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən təmir işlərinin Yasamal və Nərimanov rayonlarının, həmçinin Yeni yasamal yaşayış massivi, Şərifzadə,Vasif Əliyev və Xıdır Musdafayev küçələrinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.
"Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

  • Əvvəlki

    "Azərsun" işçi axtarır - VAKANSİYA

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0