USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Stolüstü kompyuterlərin qiyməti bahalaşacaq

05.09.2018 İqtisadiyyat
0 0
Alıcılara kompyuterləri indi almaları məsləhət görülür.

"Kommersant.az" xəbər verir ki, stolüstü kompyuter istehsalçıları "İntel" prosessorlarının qiymətlərini kəskin artırdıqlarına görə kompyuterlərin qiymətlərində də bahalaşma olacağı bildirilir.

Belə ki, deyilənlərə görə, iyul ayında səbəbsiz şəkildə ani şəkildə düşən prosessor qiymətlərinin avqust ayında bəzi modellərdə hətta 90%-ə qədər qalxması, şübhəsiz ki, bazar qiymətlərinə təsir edəcək.

"İntel" şirkətinin rəsmiləri isə məsələ ilə bağlı heç bir şərh vermirlər.

Məşhur şirkətlərdən biri olan "Compal Electronics"in rəhbəri isə prosessorların qiymət artımının bazara, ABŞ-Çin arasında gedən ticarət savaşından daha çox təsir edəcəyini söyləyib.

Yəqin ki, artıq bir neçə gün sonra təqdimatı keçiriləcək "Apple" "MacBook"larının da qiymətlərinin gözləniləndən baha olacağı heç kim üçün sirr deyil. Çünki "Apple" da uzun müddətdir ki, "İntel" prosessorlarından istifadə edir.

Mütəxəssislər yeni kompyuter almaq niyyətində olanlara kompyuterlərini indi almağı məsləhət görür.