USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitkoin cüzi bahalaşıb

08.09.2018 İqtisadiyyat
0 0
Dünyada ən populyar kriptovalyuta olan bitkoin kəskin ucuzla.madan sonra bir qədər bahalaşıb.

"Kommedrsant.az"ın Trend-ə istinadla məlumatına görə, bitkoin 6,5 min dollar ətrafında alınıb satılır.
"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 1,36% artaraq 6,53 min dollar təşkil edib.
Alternativ kriptovalyutaların qiyməti də bahalaşıb.

Belə ki, "Ethereum" 1,04% və ya 229,15 dollaradək, "Ripple" 4,1% (0,29 dollara qədər), "Bitcoin Cash" isə 3,05% (516,83 dollaradək) bahalaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 207 milyard dollar təşkil edir və bunun 54% faizi bitkoinin payına düşür.