USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsmayıllıda fındıq yığılır

09.09.2018 İqtisadiyyat
0 0
İsmayıllı rayonunda fındıq yığılır və indiyədək bağlardan 100 tondan çox məhsul toplanıb.

"Kommersant.az"ın xəbərinə görə, Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, artıq İsmayıllıda fındıq bağlarının sahəsi 1615,7 hektara çatdırılıb. Bu bağlardan 87 hektarı bar verəndir. Fındıq yığımında bütün təbii iqlim şəraitinə malik olan, yetişdirilən məhsullarının öz dadı və keyfiyyəti ilə seçilən Topçu, Qurbanəfəndi ərazi vahidləri, habelə İsmayıllı şəhəri və ətraf ərazilər öndə gedir.
Qeyd edək ki, bölgədə bu il bağlardan 310 ton fındıq gözlənilir. Bu da ötən il istehsal olunan məhsuldan 50 ton artıqdır.

  • Əvvəlki

    DGK gömrük sahəsində aparılan islahatlarla bağlı hesabat verəcək

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0