USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda mənzillər ucuzlaşıb

11.09.2018 İqtisadiyyat
0 0
2018-ci ilin avqust ayında Bakıda mənzillərin qiymətində ucuzlaşma qeydə alınıb.

"Kommersant.az" bildirir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
N.İbrahimov bildirib ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində azalma 1.57 faiz olub.

Ekspert ay ərzində ilkin mənzil bazarında da qiymətlərin stabil qaldığını qeyd edib.
Onun sözlərinə görə, mənzil bazarında qiymət azalması aktivliyin olmaması ilə bağlıdır: “Yay ayı olduğu üçün insanlar istirahətə gedir, bazarda aktivlik aşağı düşür”.
N.İbrahimov hesab edir ki, payız aylarında mənzil bazarında 6 faizə qədər bahalaşma ola bilər.

  • Əvvəlki

    Ötən 8 ayda Gürcüstan Azərbaycandan 106,8 min ton neft məhsulları idxal edib

Digər xəbərlər