Samsung Türkiyə və "Huawei"dən "Apple"ə tənəli mesaj

13.09.2018 İqtisadiyyat
Dünən axşam "Steve Jobs Theatre"da reallaşan yeni iPhone təqdimatının əks-sədaları hələ də davam edir.

"Kommersant.az" türk mətbuatına istinadən xəbər verir ki, Apple istifadəçiləri və eləcə də rəqibləri, Apple iPhone Xs, iPhone Xs Max və iPhone XR modellərinin təqdimatını səbirsizliklə gözləyirdilər.

Hələ Applenin iPhone təqdimatı tamamlanmadan saat 22: 42-də Samsung Türkiyə twitter hesabından "Sonsuz Ekran, Yenilənmiş S Pen, 4000 mAh batareya, Su-karbon soğutuculu prosessor, Müzakirə sona çatmışdır. # GalaxyNote9 # GücüKeşfet" şəklində bir tweet atılaraq yeni iPhonenin texniki cəhətdən Galaxy Note 9 -dan aşağı olduğu bildirildi.

Başqa bir müraciət Huawei-nin qlobal Twitter hesabından 22: 29-da yayımlandı. "Bəzi şeyləri eyni tutduğunuz üçün təşəkkür edirəm. Londona görüşənədək. " Bu açıqlamadan belə məlum olur ki, şirkətin 16 oktyabrda təqdim edəcəyi Huawei Mate 20 seriyası iddialı bir dizaynda olacaq.

  • Əvvəlki

    Azərbaycanda bu obyektlərdə məcburi POS-terminallar quraşdırılacaq

Digər xəbərlər

26.01.2023 İqtisadiyyat
Prezident qanunu təsdiqlədi
9 0
26.01.2023 İqtisadiyyat
İstanbulda 2 aylıq su qaldı
6 13
26.01.2023 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
1 7