USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Azərbaycandan Avropaya qaz kəməri layihəsini dəstəkləyir

13.09.2018 İqtisadiyyat
0 0
ABŞ Azərbaycana aid "Şahdəniz" yatağından Avropaya təbii qazı nəqledıcı boru kəməri layihəsini dəstəkləyir.

"Kommersant.az"ın “Report”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın energetika naziri Rik Perri keçirdiyi brifinqdə bildirib.
“Biz rəqabət tərəfdarıyıq. Odur ki, Azərbaycan təbii qazının Xəzər regionundan Avropaya nəqli üçün başqa bir boru kəmərinə də dəstək verdiyimizi təsdiqləmək istəyirəm”, – deyə Perri bildirib.
ABŞ rəsmisi Rusiyanın həyata keçirdiyi “Şimal axını-2” layihəsinə avropalıların alternativ görmək istədiklərini qeyd edib.
"Bu barədə çox söhbətlər eşitmişəm", - deyə o əlavə edib.

  • Əvvəlki

    Donald Trampdan konqresə gözlənilməz fərman

Digər xəbərlər