USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsrailin Qubalı Müdafiə naziri

17.09.2018 İqtisadiyyat
0 0
Azərbaycanda səfərdə olan İsrailin Müdafiə naziri Aviqdor Liberman dünyaya göz açdığı və böyüdüyü Qubanın “Qırmızı Qəsəbə” kəndinə yola düşüb.

"Kommersant.az" xəbər verir ki, İsrailin Müdafiə naziri A.Liberman Qubanın "Qırmızı Qəsəbə" kəndində yaşayan dağ yahudilərindəndir.

Xatırladaq ki, nazir A.Liberman sentyabrın 13-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovla, sentyabrın 14-də isə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə görüşüb.

Qeyd edək ki, sözügedən kənd milyarderlər yetişdirməsi ilə daha çox tanınır.