Nəhəng bankdan "Türkiyə" mesajı

18.09.2018 İqtisadiyyat
"Unicredit" İdarə heyəti Başçısı Saccomanni, "Türkiyənin təməlləri güclü, Türkiyədəki varlığımızı davam etdirməyə davam edəcəyik" açıqlaması verib.

"Kommersant.az" Türk mətbuatına istinadən bildirir ki, "Yapı Kredi"nin əsas ortaqlarından olan İtalyanın ən böyük bankı "Unicredit"in İdarə heyəti Başçısı Fabrizio Saccomanni Türkiyənin təməllərinin güclü olduğunu və Türkiyədəki varlıqlarını davam etdirməyə davam edəcəklərini ifadə etdi.

Saccomanni, bu açıqlamanı Bloomberqin Milanda keçirilən "Avropa Sərmayə Bazarı Forumu"nda verib.