"Kommersant.az" xəbər verir ki, Avropa Birliyi avtomobil bazarında topdan satışlar avqust ayında ötən ilin eyni dönəmi ilə müqayisədə 31,2% artıb.
Avropa Avtomobil İstehsalçıları Birliyi cari ilin avqust ayına olan hesabatı açıqlayıb. Hesabata görə, satışlar 31,2% artaraq 1 milyon 134 min 288 ədəd olaraq qeyd edilib.
Hesabatda o da qeyd olunur ki, Avropa Birliyinin 28 ölkəsi arasında bazara çıxarılan avtomobillərin əksəriyyəti Almaniya istehsalçılarına məxsusdur.