Qarabağ Azərbaycandır!

"Azersun" rəis axtarır - VAKANSİYA

22.09.2018 İqtisadiyyat
"Azersun Holding" texniki işlər üzrə rəis yerinə vakansiya elan edib.

"Kommersant.az" vakansiya şərtlərini təqdim edir:

İş haqqında məlumat:

• Müəssisə ərazisində olan bütün texnika və avadanlıqların texniki cəhətdən saz vəziyyətdə olmasına nəzarət etmək.
• Avadanlıq və texnikaların periodik mexaniki baxışlarını həyata keçirmək.
• Texnikaların təmir planlarını hazırlamalı və onların icra prosesini təqib etmək.
• Görüləcək işləri öncədən planlamalı və bu sahədəki işçilərə iş bölgüsü etmək.
• Müəssisə ərazisində fəaliyyət göstərən nasosxanalardakı elektrik nasosları və ərazidəki digər dizel nasoslara günlük nəzarəti təşkil etmək.
• Təmir və bərba işlərinin minumum vaxtda aparılmasına diqqət etmək.
• Öncədən texnika və avadanlıqların texniki cəhətdən mövsümə tam hazır olmasına diqqət etmək.
• Texniki şöbənin işçilərini əvvəlcədən məlumatlandırmaqla, texniki təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət etmək.

Namizədə aid tələblər:

• Ali Texniki təhsil,
• Texniki sahədə 3-5 il iş təcrübəsi,
• Texniki sahəni və Kənd Təsərrüfatı texnikaları təmiri sahəsini bilməli,
• Texniki təhlükəsizlik qaydalarını bilməli,
• İdarəçilik qabiliyyəti olmalı,.

İş yeri:

Ağsu ray., Padarçöl

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Texniki işlər Rəisi”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.