USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ən yaxşı 10 məktəbin adı

25.09.2018 İqtisadiyyat
0 0
Dünyanın ən yaxşı biznes məktəbləri bunlardır.

"Kommersant.az" xəbər verir ki, "QS Quacquarelli Symonds"un mütəxəssisləri hər il apardıqları araşdırmanı bu il də tərtib edib və "2019 Global MBA Ranking"in hesabatında ən yaxşı biznes məktəblərin adlarının əks olunduğu siyahı təqdim ediblər. Dünyanın ən yaxşı 251 məktəbinin olduğu siyahının ilk 10-luğunu sizə təqdim edirik:

10) Kolumbiya məktəbi – Nyu-Yorkda yerləşən məktəbdə oxumaq üçün 100-149 min dollara ehtiyacınız var. Təqaüdün məbləği isə 120-129 min dollar civarındadır.

9) "Buta" məktəbi – Çikaqoda yerləşən məktəbin təhsil xərcləri və təqaüd miqdarı Kolumbiya məktəbi ilə eynidir. Məktəbin məzunları hazırda "McKinsey & Co.", "Boston Consulting Group", "Bain & Co.", "Amazon" və "Bank of America" kimi yerlərdə çalışır.

8) "İE Business School" məktəbi – Madriddə yerləşir. Təhsil xərcləri 80 – 89 min dollar, təqaüdü 90 – 99 dollar olan məktəb 1973 – cü ildə tikilib. Hər il 1900 nəfərə yaxın məzun buraxır.

7) "HEC Paris" məktəbi – Parisdə yerləşir, təhsil xərcləri 70 – 79 min dollar, təqaüdü 110 – 119 min dollardır.

6) "İnsead" məktəbi – Fransa, Sinqapur. Təhsil xərcləri 100 - 149 min dollar, təqaüdü 100 – 109 min dollardır. Məktəbin kampları Avropa, Asiya, Yaxın Şərqə qədər yayılıb. Hətta bu məktəb "Avropanın Harvardı" statusunu da alıb.

5) "Sloan Menecment Məktəbi" – Kembridc, Massaçusets. Təhsil xərcləri 100 – 149 min dollar, təqaüd 120 – 129 min dollardır.

4) "London Biznes Məktəbi" – London. Təhsil xərcləri 90 – 99 min dollar, təqaüd miqdarı 100 – 109 min dollardır. 1964-cü ildə əsası qoyulan məktəb təhsil müddətində MBA proqramını bütünlüklə tədris edir.

3) "Uorton məktəbi" – Filadelfiya. Təhsil xərcləri 150 min dollardan çox, təqaüd miqdarı 130 – 139 min dollardır. Məktəb ABŞ-ın ilk biznes məktəbidir və 1881-ci ildə yaranıb.

2) "Harvard" biznes məktəbi – Boston. Təhsil xərcləri 100 – 149 min dollar, təqaüd miqdarı 130 – 139 min dollardır. Qeyd edək ki, məktəbin məzunları arasında M.Blumberq, C.Daymon, C.Buş və digər məşhur biznesmənlərin adı var.

1) Stenford Universitetinin nəzdində biznes məktəbi – Stenford. Təhsil xərcləri 100 – 149 min dollar, təqaüd miqdarı 140 – 149 min dollardır. Tək Amerikanın yox, bütün dünyanın ən yaxşısı hesab edilən məktəbin məzunları "Facebook", "Yahoo" və s. kimi nəhəng şirkətlərdə çalışırlar.

  • Əvvəlki

    10 dövlət əmlakına 22 sifariş verildi - HƏRRAC

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
Goldman Sachs-ın xalis mənfəəti artıb
0 0