USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ölkəyə vizanın 1 sutkası 250 dollaradır

27.09.2018 İqtisadiyyat
0 0
Hökumət ölkənin nadir mədəniyyət incilərini və həyat tərzini qorumaq üçün kütləvi turizmin inkişafına qarşıdır və məhz buna görə viza qiymətlərini maksimum həddə qaldırıb.

"Kommersant.az" xəbər verir ki, Butana bütün əcnəbilər üçün tətbiq olunan bir günlük viza qiyməti 250 dollar təşkil edir. Bu qiymət yalnız Hindistan, Banqladeş və Maldiv vətəndaşlarına aid edilmir.

Butan vizasının yuxarıda qeyd olunan qiyməti mövsümə görə dəyişir. Belə ki, ölkə təbiətinin turizmə uyğun olduğu mövsümü ərzində bura vizanın bir günlük qiyməti 250 dollar, qeyri turizm mövsümündə isə 200 dollardır.

Bu məbləğə tur operatorların bələdçilik ödənişi, qonaqlama və yemək daxildir. Bələdçi xidmətindən imtina etməyə icazə verilmir. Vizanın maksimum müddəti 15 gündür.