USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

100 min dollarlıq oğurluq - TELEFONLAR BLOKLANDI

27.09.2018 İqtisadiyyat
0 0
"Apple Store"un Palo-Altodakı (Kaliforniya) mağazasından 12 saat ərzində 2 oğurluq edilib.

"Kommersant.az" xəbər verir ki, yerli polisin məlumatına əsasən, cinayətkarlar mağazadan 100 min dollar məbləğində texnika aparıb. İlk oğurluq hadisəsi ötən şənbə səhər saatlarında baş verib. Mağazadan 57 min dollarlıq texnika aparılıb. İkinci oxşar hal isə bazar günü axşam saatlarında qeydə alınıb. Bu dəfə isə oğrular, şüşə vitrini sındıraraq 50 min dollar məbləğində texnika aparıblar.

Qeyd edək ki, oxşar hal "Apple"ın yeni elektronika məhsulunun təqdimatı öncəsi Kaliforniyanın Rozvil şəhərində də baş vermişdi. Mağazadan gün ərzində 2 dəfə oğurluq edilmişdi.

Xatırladaq ki, oğurlanmış məhsullar şirkət tərəfindən bloklanır və onların istifadəsi faktiki olaraq qeyri-mümkün olur.