USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan “Rusiya enerji həftəsi”ndə təmsil olunacaq

02.10.2018 İqtisadiyyat
0 0
Energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyasının energetika naziri Aleksandr Novakın dəvəti ilə “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forumda iştirak üçün Moskvaya səfər edib.

"Kommersant.az" xəbər verir ki, energetika nazirinin oktyabrın 3-də "Rusiya Enerji Həftəsi"ndə "Energetikanın tənzimlənməsində effektivlik: ölkələrin ümumi və fərqli yanaşmaları" mövzusunda çıxışı nəzərdə tutulub.

Oktyabrın 3-7-də keçiriləcək tədbirdə Rusiya Prezidenti Vladimir Putinlə yanaşı,bir çox ölkələrin yüksək səviyyəli hökumət nümayəndələri, yerli və beynəlxalq enerji şirkətlərinin rəsmiləri iştirak edəcəklər.

Pərviz Şahbazov həmçinin "Simens" şirkətinin "Rusiya Enerji Həftəsi"ndə təşkil olunan "Enerji sisteminin gələcəyi" adlı tədbirinə də qatılacaq.

Qeyd edək ki, Azərbaycanla Rusiya arasında energetika, neft-qaz sahələrində sıx əlaqələr mövcuddur və bu əməkdaşlıq yeni layihələrlə möhkəmləndirilir.

  • Əvvəlki

    “Bank Respublika”dan müəllimlər üçün - XÜSUSİ KAMPANİYA

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0