USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xüsusi təhlükəli hadisə haqqında - XƏBƏRDARLIQ

03.10.2018 İqtisadiyyat
0 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 5-i səhərdən 6-sı gündüzədək güclü şimal-qərb küləyi əsəcək. Arabir yağış yağacağı gözlənilir.

"Kommersant.az" Nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında oktyabrın 05-i səhərdən 06-sı gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.